“Ən yaraşıqlı deputat” məhkəməyə müraciət etdi

Orlovun sözlərinə görə, buna səbəb sosial şəbəkələrdə Valençukun zahiri görünüşünə olan böyük maraqdır. Sosial şəbəkədəki bəzi şərhlər onun şərəf və layaqətini təhqir edir.

“Birinci növbədə, o, şərəf və layaqətinin təhqir olunmasına görə məhkəməyə müraciət edib. İkincisi, biz heç kəsə pis heç nə etməmişik. İnformasiya axınına təhqir dolu xəbərlər atmaq nəyə lazımdır”, – Orlov danışıb.

Deputat köməkçisi bildirib ki, məsələ ilə artıq hüquq müdafiəçiləri və vəkil məşğuldur. O bildirib ki, deputanın “xətrinə dəyən” şəxslərdən birinin kimliyi məlum olub.

“Bizdə çox adam işləyir və sosial şəbəkəni həmişə Pavel Oleqoviç özü idarə etmir. Hərdən bizdə xüsusi təhsil almış şəxslər bununla məşğul olur və hardasa nəyisə gözəlləşdirə və ya fotoşoplaya bilərlər. Şəxsiyyəti fotolar əsasında tənqid etmək olmaz”, – Valençukun köməkçisi bildirib.

Orlov qeyd edib ki, Valençuk bədən formasını qoruyub saxlamaq üçün hər gün idman zalında məşq edir.

Жми «Нравится» и получай только лучшие посты в Facebook ↓

×
Жми «Нравится», чтобы читать нас на Facebook