Tovuz rayonunda özbaşınalıq baş alıb gedir – Qarabağ qazisi prezidentə müraciət etdi

Tovuz rayonu, Vahidli kənd sakini, II qrup Qarabağ qazisi Abdullayev Elbrus Sakit oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq məktubla müraciət edib. AFN Qarabağ əlilinin müraciətini olduğu kimi dərc edir:  Cənab Prezident! 1996-cı ildə həqiqi hərbi xidmət zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən quraşdırılmış minaya düşərək sol baldırımın 1/3-ni itirmişəm. Hazırda II qrup […]

Ətraflı

Türk “iş adamı”ndan istintaqa təzyiq: “Ərdoğana deyəcəm, Türkiyə mediasına çıxaracam…”-ŞİKAYƏT+VİDEO

Məhkəmə Qərarlarına Nəzarət Baş İdarəsinin Xətai rayon İcra və Probasiya şöbəsinin sabiq əməkdaşı Cəlilov Fərid Arif oğlu özünü türk iş adamı kimi təqdim edən Necati Elemana tərəfindən şərləndiyini deyir. AFN-ə danışan şikayətçi saytımız vasitəsilə hüquq-mühafizə orqanları rəhbərlərinə və ölkə prezidentinə müraciət edir. Redaksiyamıza video və yazılı müraciət göndərən sabiq icra məmurunun sözlərinə görə, bu şərlənmə […]

Ətraflı

Milli Onkologiya Mərkəzinin yeni korpusunda 2 ədəd “VitalBeam™” xətti sürətləndirici sistemi istifadəyə verilib

Milli Onkologiya Mərkəzinin (MOM) şüa müalicəsi şöbəsində əlavə olaraq ikimərtəbəli yeni korpus tikilib və dünyanın tibbi qurğular və xərçəng xəstəliyinin müalicəsi üçün proqram təchizatı istehsalı sahəsində aparıcı şirkəti olan Amerikanın “Varian Medical System”in 6-10 MeV-lıq yüksək enerjili 2 ədəd xətti sürətləndiricisi quraşdırılıb. Bununla da, MOM-un şöbəsində fəaliyyət göstərən və ən müasir kompüter proqramları ilə təchiz […]

Ətraflı

Ət satışı ilə məşğul olan sahibkarlara – MÜRACİƏT

Ət satışı ilə məşğul olan sahibkarlara – MÜRACİƏT Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün sahibkarlara müraciət edib. Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən  verilən məlumata görə, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. Müraciətdə qeyd olunub ki, əhalinin sağlam qida […]

Ətraflı

Zəlzələdən sonra xəstəxanaya 31 nəfər müraciət edib

Zəlzələdən sonra xəstəxanaya 31 nəfər müraciət edib İyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdə zəlzələdən sonra insanlar arasında yaranan stress və isteriya səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə ümumilikdə 31 müraciət daxil olub. Bu barədə  Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Zaqatala […]

Ətraflı

Prezident İlham Əliyev Goranboyda Bayraq Muzeyinin açılışında iştirak edib

Prezident İlham Əliyev Goranboyda Bayraq Muzeyinin açılışında iştirak edib Prezident İlham Əliyev Goranboyda Bayraq Muzeyinin açılışında iştirak edib. APA-nın xəbərinə görə, dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Goranboy Bayraq Muzeyi Bayraq meydanının ərazisində yerləşir. Meydanda hündürlüyü 72 metr olan dövlət bayrağının postament hissəsi abadlaşdırılıb, ərazidə yaşıllaşdırma işləri aparılıb, işıq dirəkləri quraşdırılıb, fəvvarələr əsaslı […]

Ətraflı

Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması yekunlaşır

Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması yekunlaşır Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabunçu rayonunda ümumi uzunluqları 18,7 km olan 3 qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri aparılır. Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, onlardan biri 8,3 km uzunluğa malik Maştağa-Nardaran avtomobil yoludur. Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan Maştağa-Nardaran avtomobil yolu yenidənqurma layihəsinə […]

Ətraflı

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qəzalı obyektlərdə məskunlaşan məcburi köçkünlərin sayı açıqlanıb

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qəzalı obyektlərdə məskunlaşan məcburi köçkünlərin sayı açıqlanıb Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən 149 qəzalı obyektdə 8701 ailə, 32743 məcburi köçkün məskunlaşıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 149 qəzalı obyektin 57-sində məskunlaşan məcburi köçkünlərin dərhal köçürülməsinə dair Fövqəladə […]

Ətraflı

Əfv sərəncamının icrasına başlanılıb

Əfv sərəncamının icrasına başlanılıb Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrasına başlanılıb. APA-nın məlumatına görə, sərəncam ümumilikdə 634 nəfərə şamil olunub. Məhkumlardan 607-si azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.  

Ətraflı

Prezident İlham Əliyev 634 nəfərin əfvi barədə sərəncamı imzalayıb

Prezident İlham Əliyev 634 nəfərin əfvi barədə sərəncamı imzalayıb Azərbaycan prezidenti İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb. Yayim.tv  bildirir ki, bu barədə APA-ya Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib. Ə. Nuriyev bildirib ki, prezidentin sərəncamı 634 nəfərə şamil edilib. Əfv olunanlar arasında Nardaran məhkumları və şair Saday Şəkərli də var.

Ətraflı