Fətullah Gülənin 15 ilə qədər həbsi istənildi

Dünya Siyasət

Fətullah Gülənin 15 ilə qədər həbsi istənildi

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdinin əsas siması – FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənlə bağlı daha bir maraqlı məqam ortaya çıxıb.

Yayim.tv nin “Anadolu”ya istinadən xəbərinə görə, F. Gülənin 49 yaşından “yaşlılıq maaşı” aldığı və bununla uzun illər Türkiyə Dövlət Sosial Müdafiə Fondunu aldatdığı, ona külli miqdarda maddi ziyan vurduğu üzə çıxıb.

Yəni, onun Ərzurumda qardaşına məxsus mətbəədə işləmədiyi halda, oranın işçisi kimi göstərilib, 49 yaşından “yaşlılıq maaşı” aldığı məlum olub.

Bununla bağlı Gülənə ayrıca cinayət işi qaldırılıb və mətbəənin sahibi olan qardaşı Salih Gülənlə birgə onun fırıldaqçılıq, aldatma və rəsmi sənədlərdə saxtakarlıq cinayətlərindən 15 ilə qədər həbsi tələb edilib.

Qeyd edək ki, Gülənin “yaşlılıq maaşı” 15 iyul hadisələrindən sonra kəsilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir