Sakinlər təcavüzkarı döyüb timsaha yem etdilər – VİDEO

Dünya Video Xəbər

Sakinlər təcavüzkarı döyüb timsaha yem etdilər – VİDEO

Meksikanın Oaxaka ştatında adı açıqlanmayan qız təcavüzə məruz qalıb və polisə müraciət edib. Araşdırma nəticəsində təcavüzkar tapılıb və onun 20 yaşlı Yasinto adlı gənc olduğu məlum olub. Qızın qonşuları və yaxınları bundan xəbər tutduqdan sonra polis şöbəsinə gedərək cinayətkarın onlara təhvil verilməsini tələb ediblər. 50 nəfərdən çox insandan ibarət kütlə Yasinto bölmədən çıxarıldıqda üstünə hücum edərək onu vurmağa başlayıb. Bununla kifayətlənməyən etirazçılar onu timsah olan qəfəsə atıblar. Lakin polis əməkdaşları 20 yaşlı şəxsi oradan çıxarıblar. O, ağır travmalarla xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir