2 min il əvvəlki bədbəxt hadisə – ortaya çıxdı

Xəbər Yan manşet

2 min il əvvəlki bədbəxt hadisə – ortaya çıxdı

Modern İtaliya sərhədləri daxilində qalan antik yunan şəhəri Pompeidə dünyanı təəcübləndirən bir kəşf tapılıb.

Yayim.tv xəbər verir ki, tapılan skeletin sahibinin miladdan əvvəl 79-cu ildə öldüyü güman edilir. Ayağında problem olan 35 yaşlı əngəlli adamın Vezüv yanardağının partlaması zamanı qaçmağa çalışarkən öldüyü bildirilib.

Təxminən 300 kiloqram ağırlığındakı qayanın adamın başını qopardığı da araşdırmalar zamanı ortaya çıxıb.

Pompeidəki arxeoloji qazıntının başındakı ad olan Massimo Osanna kəşfi “dramatik və müstəsna” sözləri ilə izah edib.

Həmin partlamada təxminən 30 min nəfərin öldüyü güman edilir. Napoli yaxınlığındaki antik şəhəri hər il yüz minlərlə turist ziyarət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir