“Canon” plyonkalı fotoaparat istehsalını dayandırdı

Texnologiya

“Canon” plyonkalı fotoaparat istehsalını dayandırdı

“Canon” şirkəti özünün sonuncu EOS-1v markalı pylonkalı fotoaparat istehsalını dayandırır.

Yayim.tv  lent.az-a istinadən xəbər verir ki, bu barədə “Canon” özünün rəsmi saytında məlumat dərc edib.

Faktiki olaraq EOS-1v istehsalını hələ 2010-cu ildə dayandırılıb. Bu günə qədər “Canon” yalnız qalan nüsxələrinin satışını həyata keçirirdi. Ancaq bununla belə, şirkət fotoaparatları 2025-ci ilin oktyabrın 31-nə qədər təmir etdirəcək. 2020-ci ilin 31 oktyabrından sonra isə aparatların sahiblərinə rədd cavabı verə bilərlər – hər şey yerdə qalan ehtiyat hissələrindən asılı olacaq.

Qeyd edək ki, EOS-1v modeli peşəkar 35 millimetr SLR kameradır. Onun dizaynı EOS-10 kimi modellər də daxil, şirkətin gələcək fotoaparatları üçün əsas yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir