Bakını qatı tüstü bürüdü… – YENİLƏNİB – SƏBƏB – FOTO – VİDEO

Gündəm Hadisə Video

Bakını qatı tüstü bürüdü… – YENİLƏNİB – SƏBƏB – FOTO – VİDEO]

Bu gün Binəqədi rayonu, 7-ci mikrorayon, keçmiş ağac emalı zavodunun həyətində işlənmiş rezin şinlərin naməlum səbəbdən yanması nəticəsində  havaya qatı tüstü yayılıb.

Yayim.tv  bildirir ki ,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb, monitorinq və araşdırma işlərinə başanılıb.

Mütəxəssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb. Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.

Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir