“Arxasında elə adamlar dayanır ki…”

Şou-biznes Video

“Arxasında elə adamlar dayanır ki…”

Xəbər verdiyimiz kimi, “ATV maqazin onlarla” verilişinin “Hit-parad” rubrikasının növbəti qonağı müğənni Xatirə İslam olub.

Yayim.tv-nin məlumatına görə, sənətçi qalmaqallı çıxışları ilə yadda qalıb. Xatirə onuncu yerə əməkdar artist Miri Yusifi layiq görüb.
Doqquzuncu yeri Damlaya verən Xatirə, ifaçının onun fanatı olduğunu qeyd edib:

“Həyətdə ailəmlə bir yerdə oturmuşdum. Bir qız gəldi məni qucaqladı. Dedi, olar sizi öpüm? Dedim, öp. Dedi ki, mənim adım Damladır, həmişə sizin fanatınız olmuşam. Sizi çox sevirəm. O gündən sonra bu qıza məhəbbətim artdı. Yəqin yadından çıxarmaz. Elza onun şəklini cıranda dedim nahaq etdin”.

İfaçı müğənni Elnarə Xəlilovanın mahnısını hitlər arasında görmədiyini deyib:

“Elnarənin çox gözəl mahnıları var idi. İndi gül kimi ailəsi var. Üç il nə oxudumsa, tutmadı. Qismət. İndi də Elnarədə belədi. Amma bəlkə bir aydan sonra elə mahnı oxuyar ki, bütün Azərbaycanla bir olar. Bütün mahnıları gözəldir. Amma Elnarədən başqa bir şey gözləyirəm”.

Murad Arif və Raminin mahnısından danışan Xatirə Raminin adını xatırlamayıb:

“Mahnıda hər yerdə Muradın səsi gəlirdi. Öz yolu, öz sevənləri var. O da axşam 11-dən sonra dinləniləsi müğənnidir”.

Altıncı pilləyə isə müğənni xalq artisti Aygün Kazımova və Raufun duetini layiq görüb:

“Uşaq olanda Aygün Kazımovanın gözəl klipləri var idi. İndi də var. Aygün hər zaman sənətinə önəm verib. Şou biznes deyəndə, fakt odur ki, o çox işlər görüb. Özünü də çox sevmişəm həmişə. Aygün xanımın yanında işləyən Almaz adlı qız var, 14 il onunla, 6 il də mənimlə işlədi. Həmişə deyirdi ki, Aygünlə sənin xasiyyətin eynidir. Həmişə münasibətimiz əla olub. Ad günlərinə dəvət edib məni həmişə. Ad günündə olan insanarın 50 faizi onu sevmirdi, amma orada idilər. Məni dəvət etməmişdi. Fikirləşdim ki, məni niyə dəvət etməyib, ona nə etmişəm? Düşündüm ki, bəlkə nəsə olub, bəlkə nəsə deyilib, axı deyilə bilməz. Bəlkə də haqqımda elə bir şey eşidib ki, mən onu bilmirəm. Sonra bəlkə haqq qazandıraram ki, düz edib. Orda olanlardan daha çox bəlkə də mən onu istəmişəm. Bizim aramızda nə oldu ki? Elə ona görə də altıncı pilləyə qoyuram. Yoxsa 1-ci pilləyə qoyardım. Raufu da tanıyıram. “Maşın şou”da görmüşəm. Aygün çox gənclərlə oxuyub. Bunun üçün ürək lazımdır”.

Xatirə beşinci etdiyi Günay İbrahimlidən incidiyini gizlətməyib:

“Günay durdu stoldan, dedi ki, Xatirə xanım gəlin əyləşin. Gəldim evdə dedim ki, o qız necə tərbiyəli qızdır. Durdu öz stolunu mənə verdi. Üstündən bir müddət vaxt keçdi. Xuraman Şuşalının anası rəhmətə getdi. Mənə zəng gəldi. Gördüm bir qızdır. Dedi salam, Günay İbrahimlinin produseriyəm. Günay xanım dedi ki, Xuraman xanımın anasının yas yeri haradadır? Dedim, get ona de ki, darıxmasın hələ. Əgər telefonu mən götürmüşəmsə, sənin köməkçin məni yığa bilməz. Elə bir müğənni yoxdur ki, onun köməkçisi məni yığsın. Özü yığsın. Mən adamyeyənəm, ya nəyəm? Günayın bütün mahnılarını bəyənirəm, çalışqan qızdır”.

Xatirə yenicə müğənniliyə başlayan Nanə Ağamalıyevanı dördüncü pilləyə qoyub:

“Onun gözəl musiqi duyumu var. Seçdiyi mahnı da Gövhər Həsənzadənin bəstəsidir. Mahnını dinləyəndə Gövhərə bir az əsəbiləşdim ki, buna bax əvvəl bütün mahnılarını atırdı. Qoy oxusun. Elə olur ki, sevmədiyin adam oxuyanda insan qıcıq olur. Amma Nanədən xoşum gəlir oxusun”.

İfaçı üçüncü yerə Namiq Qaraçuxurlu və Əhməd Mustafayevin oxuduğu dueti layiq görüb. Ramal İsrafilov isə ikinci pillədə yer alıb:

“Onun mahnıları sevilsə də, sevilməsə də o musiqidə dahi bir insandır. Onun kimi oxuyanlar haradadır. Dağlara çəkiləndə də, yerində başqaları oturur, sonra ayağa qaldırmaq çətin olur. Çünki onların arxasında elə adamlar dayanır ki, təmizləmək çətin olur”.

Birinci yerə isə xalq artisti Brilliant Dadaşova layiq görülüb. Xatirə “Hit parad”dan Xatun Əliyevanı uzaqlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir