Bakıda “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans keçirilib

Texnologiya Xəbər Yan manşet

Bakıda “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

APA-nın məlumatına görə, konfrans Əqli Mülkiyyət Agentliyi və Təhsil Nazirliyi tərəfindən Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), o cümlədən Avrasiya Patent Təşkilatının birgə əməkdaşlığı ilə keçirib.

ÜƏMT-in baş direktoru Frensis Qarri rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əlaqələrini yüksək qiymətləndirib. O, bildirib ki, əqli mülkiyyət dünyası çox dinamik inkişaf edir, bir sıra vacib tendensiyalar müşahidə olunur: “Əqli mülkiyyət və innovasiyaların coğrafiyası dəyişir. Beynəlxalq patent ərizələrinin 49 faizi Asiya ölkələrindən gəlir. Artıq tərəflər arasında innovasiya rəqabəti gedir. Bütün bu inkişaf prosesi nəticəsində əqli mülkiyyət dünyası mürəkkəb bir aləmə çevrilib”.

Avrasiya Patent Təşkilatının prezidenti Saule Tlevlessova ötən il təşkilata müvafiq sahə üzrə 37 ərizənin daxil olduğunu deyib. Onun sözlərinə görə, ümumilikdə isə 320 ərizə verilibsə, 240 ixtira qeydə alınıb: “Azərbaycandan hazırda 7300 patent dəstəklənir. Ölkədən daxil olan ərizələrin 80 faizi elmi müəssisələr və institutların payına düşür”.

AMEA-nın prezidenti Akif Əlizadə, təhsil naziri Ceyhun Bayramov, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov rəhbərlik etdikləri qurumlarda əqli mülkiyyət üzrə həyata keçirilən tədbirlərdən danışıblar.

C. Bayramov qeyd edib ki, ölkənin elmi potensialı patentlərin sayının əhəmiyyətli şəkildə artırılmasına imkan verir.

Konfrans panel və sessiyalarla davam etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir