Tonlarla Azərbaycan soğanı Rusiyaya buraxılmadı

İqtisadiyyat

Tonlarla Azərbaycan soğanı Rusiyaya buraxılmadı

Dağıstan Respublikasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin əməkdaşları Rusiya-Azərbaycan sərhədinin “Yaraq-Qazmalar” keçid məntəqəsindən saxta sənədlərlə keçirilməsi planlaşdırılan külli miqdarda tərəvəz aşkar ediblər.

Yayim.tv  “Daqestanskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı idarənin mətbuat xidməti məlumat yayıb.

Məlumatlara görə, Azərbaycandan Rusiyaya keçirilməsi planlaşdırılan 21 ton soğanın fitosanitar sertifikatı etibarsız olub.

Faktla bağlı yük sahibinə qarşı “Karantin məhsullarının idxal və ixrac qaydalarının pozulması” maddəsi ilə protokol tərtib olunub.

Kənd təsərrüfatı mallarının Azərbaycan Respublikasına geri qaytarılması qərarı verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir