“İtkin düşən” Melaniya Tramp üzə çıxdı

Dünya Siyasət

“İtkin düşən” Melaniya Tramp üzə çıxdı

Ağ evdə İraq müharibəsinin sülhməramlı təşkilatının veteranlarının qohumları ilə görüş keçirilib.

Yayim.tv  xəbər verir ki, ABŞ-ın birinci xanımı Melaniya Tramp həyat yoldaşı, prezident Donald Trampla mərasimdə iştirak edib.

Bir müddət öncə, yerli KİV-lərdə birinci xanımın itkin düşməsi ilə bağlı məlumatlar yerləşdirilmişdi.

Bu məlumatlar Melaniya Trampın G7 sammitində və Sinqapurda keçiriləcək Kim Çen Inla görüşdə iştirak edə bilməyəcəyi ilə bağlı açıqlamadan sonra yayılıb.

Birinci xanımsız 24 gün… Amerika mediası belə hadisə görməyib. Hər başlıqda “missing in action” – “itkin düşüb” ifadəsindən istifadə edilib.

Mayın 14-də Ağ evdən verilən açıqlamada prezidentin həyat yoldaşının böyrəyindən əməliyyat olunduğu və bir müddət xəstəxanada qalacağı bildirilib. Ancaq jurnalistlər bunu küsülülük, məişət zorakılığı və hətta Trampa boşanma kimi qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir