Argentina millisi İsrailə buna görə getmədi – RƏSMİ

İdman

Argentina millisi İsrailə buna görə getmədi – RƏSMİ

Futbol üzrə Argentina milli komandasının İsrail yığması ilə yoldaşlıq görüşündən imtinasının səbəbləri müəyyənləşib.

Yayim.tv  report-a istinadən xəbər verir ki, bununla bağlı İsrailin Argentinadakı səfirliyinin yaydığı bəyanatda bildirilir. Rəsmi açıqlamada deyilir:

“Lionel Messi ölüm təhdidləri aldıqdan sonra digər oyunçular onunla həmrəylik nümayiş etdirərək, matça çıxmaq istəməyiblər. Belə hədələr İsrail idmançıları və ölkənin sakinləri üçün yeni deyil. Biz öz torpağımızda Argentina idmanının əsas ulduzlarından birini qəbul etmək imkanını gözləyəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir