Xəbərlər

SOCAR: “Vergilər Nazirliyinin SOCAR-da yoxlama aparması adi haldır”

İqtisadiyyat

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın ən böyük vergi ödəyicisi olan şirkətdir və şirkətdə Vergilər Nazirliyi tərəfindən mütəmadi cari yoxlamalar aparılır. Vergilər Nazirliyinin SOCAR-da yoxlama aparması adi haldır”. Bu barədə SOCAR-dan “Report”a Vergilər Nazirliyinin yoxlamaları ilə bağlı verilən açıqlamada bildirilib. Qeyd edilib ki, SOCAR dövlətin əsas vergi ödəyicisi olduğu üçün bu cür yoxlamalar daha əvvəl […]

Nazirliyin jurnalının baş redaktoru milli mükafata layiq görüldü

Mədəniyyət

“E-Media Group” təsis etdiyi “Şəms” Milli Mükafatlarını 2018-ci ildə çalışdıqları sahələrdə uğur qazanan tanınmış ictimai-siyasi xadimlərə, sənət adamlarına və media nümayəndələrinə təqdim edib. AFN xəbər verir ki, mükafata layiq görülənlər arasında tanınmış jurnalist, Mədəniyyət Nazirliyinin təsisçisi olduğu “Mədəniyyət.AZ” jurnalının baş redaktoru, Azərbaycan Rəssamlar və Jurnalistlər İttifaqlarının üzvü, filologiya üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi, “Qızıl […]

Məhkəmənin Nardaran sakinlərinə ədalətsizliyi davam edir- Prezidentə videomüraciət

Xəbər

Bir qrup Nardaran sakini ilə “Azərbaycan” nəşriyyatı arasında məhkəmə çəkişməsi davam edir. Xatırladaq ki, nəşriyyat rəhbərliyi tərəfindən Nardaran sakinlərinin torpaqlarının əllərindən alınması ilə bağlı məsələ haqda AFN-də və digər çoxsaylı media orqanlarında dəfələrlə yazılıb. (https://afn.az/bildiris/74564-nardaran-sakinlerinin-qanuni-mulklerine-kim-goz-dikib-.html) Haqlarının pozulduğunu deyən Nardaran sakinləri növbəti dəfə mediaya üz tutaraq prezident İlham Əliyevə videomüraciət ediblər. Şikayətçilər bir daha xatırladırlar ki, bu […]

Xoşbəxt olmaq istəyənlər üçün ŞAD XƏBƏR: Aşkım Kapışmak Bakıda

Mədəniyyət

Xoşbəxtlik haqqında düşünmək, oxumaq, yazmaq və eşitmək hər zaman insanı cəlb edir. “Xoşbəxtlik nədir” sualına hərə bir cür cavab verir, lakin hər kəs xoşbəxt yaşamağa çalışır. Türkiyənin dünyaca məşhur psixoloqu, uzman Dr. Aşkım Kapışmak noyabrın 18-də “Pullman Bakı” otelində “Elma Dersem Çık!” adlı seminarı təşkil edəcək. Seminarda siz “Xoşbəxtliyə gedən yol nədir” sualına cavab tapacaqsınız! […]

Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər

Cəmiyyət

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə noyabrın 5-8-də Gəncə-Qazax bölgəsində tibbi müayinələr keçirilib. Milli Onkologiya Mərkəzinin mətbuat xidmətindən AFN-ə bildiriblər ki, bu müddət ərzində əhalinin müxtəlif təbəqələri üzrə 1838 nəfər üzərində kompleks müayinələr aparılıb, onların 28 nəfərində xərçəng […]

Milli Onkologiya Mərkəzinin yeni korpusunda 2 ədəd “VitalBeam™” xətti sürətləndirici sistemi istifadəyə verilib

Sosial

Milli Onkologiya Mərkəzinin (MOM) şüa müalicəsi şöbəsində əlavə olaraq ikimərtəbəli yeni korpus tikilib və dünyanın tibbi qurğular və xərçəng xəstəliyinin müalicəsi üçün proqram təchizatı istehsalı sahəsində aparıcı şirkəti olan Amerikanın “Varian Medical System”in 6-10 MeV-lıq yüksək enerjili 2 ədəd xətti sürətləndiricisi quraşdırılıb. Bununla da, MOM-un şöbəsində fəaliyyət göstərən və ən müasir kompüter proqramları ilə təchiz […]

Azərbaycanın ən güclü kolleci seçildi

İqtisadiyyat

“Mektebgushesi.az” portalı “Azərbaycanda ən güclü kollec hansıdır?” sualı ilə respondetlər arasında keçirdiyi sosioloji sorğuya yekun vurub. Cumhuriyyet.netxəbər verir ki, virtual səsvermə yolu ilə baş tutan sorğuya qatılan repondetlər Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecini qalib ediblər. Tanınmış təhsil ekspertlərinin yaxından müşahidə etdiyi sorğuya qatılanların yarıdan çoxu məhz bu kollecə səs veriblər. Ümumilikdə […]

Şok! Şok! Şok! Azərbaycanlı müğənni türk pop starı Yıldız Tilbəyə cadu edib?

Manşet Mədəniyyət

İstedadı, musiqi duyumu, səs tembri ilə bir çox azərbaycanlı müğənnini qısqandıran milyonların sevimlisi Yıldız Tilbənin Azərbaycan şou-biznesi tərəfindən sevilmədiyi son günlər müzakirə mövzusudur. AFN xəbər verir ki, hətta xüsusi səs və vizual effektlərlə tamaşaçı zövqü korlamaqla məşğul olan bir neçə müğənninin türk pop starı Yıldız Tilbəyə qarşı el şənliklərində əks- təbliğat apardığı haqda söhbətlər dolaşır. […]

Yildiz Tibe Bakıya gəlir-Video

Digər xəbərlər

TİA.AZ xəbər verir ki,Türkiyədə verdiyi konsertlər anşlaq olan Yıldız Tilbe bir neçə gün sonra Azərbaycana gələcək Türkiyənin Çizgim Event-Noya Yapım şirkətinin təşkilatçılığı ilə Azərbaycanın paytaxtı Bakıda təşkil olunacaq konsertə Bakıda da böyük maraq var. İlk dəfə Azərbaycana gələn müğənni Bakı Kongres Mərkəzində təşkil olunacaq konsertdə ifası üçün xüsusən həyəcanlıdır. Konsertdən 1 gün öncə Mətbuat Konfransı […]

Casusxanın ordu keçmişi – VİDEOBLOQ

Gündəm Manşet Video Xəbər

Xaricdə Azərbaycana qarşı çirkin kampaniyalar aparan radikal müxalifətçi Orduxan Temurxanın rus kəşfiyyatının agenti olması barədə sensasion faktlar üzə çıxıb. Məlum olub ki, söyüşcül küçə uşağı hələ sovetlər vaxtında hərbi xidmətdə olarkən “verbovka” edilib, 1988-ci ildə başlayan xalq hərəkatına qarşı təxribatlar törədən cəza dəstəsində xidmət keçib. AzVision.az-ın əməkdaşı Bəxtiyar Məmmədov növbəti videobloqunu bu mövzuya həsr edib. […]