Azərbaycan Avropa Oyunlarında beşinci qızıl medalını qazandı

Azərbaycan karateçisi Asiman Qurbanlı II Avropa Oyunlarında qızıl medal qazanıb.

84 kq-dan yuxarı çəkidə mübarizə aparan Qurbanlı finalda xorvatiyalı Ancelo Kvasiçə qalib gəlib – 5:0.

Bu, Azərbaycanın 5-ci qızıl medalı olub.

Bundan əvvəl isə İrina Zaretskaya finalda uduzaraq gümüş medalla kifayətlənib.

****

Azərbaycanın digər karateçisi Asiman Qurbanlı da II Avropa Oyunlarında finala yüksəlib.

84 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Qurbanlı yarımfinalda Gürcüstan təmsilçisi Qoqita Arkaniyanı məğlubiyyətə uğradıb.

Finalda onun rəqibi xorvatiyalı Ancelo Kvesiç olacaq.

Qeyd edək ki, daha əvvəl İrina Zaretskaya (-68 kq) da finala yüksəlib. Roman Hüseynov isə kata yarışında bürünc medal qazanıb.

****

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının karate yarışlarında Azərbaycan ilk medalını qazanıb.

Kişilərin kata yarışında bürünc mükafat uğrunda mübarizə aparan Azərbaycan təmsilçisi Roman Heydərov almaniyalı İlya Smorqunerlə mübarizə aparıb.

25,46 xal toplayan təmsilçimiz rəqibini qabaqlayıb. Almaniyalı 24,54 xal yığıb. Bununla da R.Heydərov bürünc medala yiyələnib.

Bu, Azərbaycan millisinin Minskdə 21-ci medalı olub. Bunlardan üçü qızıl, altısı gümüş, on ikisi bürüncdür.

Qeyd edək ki, yığmamızın bir karateçisi bu gün yarımfinalda qüvvəsini sınayıb. İrina Zaretskaya finala çıxıb.

 

Orxan


Baxış sayı:
2

Жми «Нравится» и получай только лучшие посты в Facebook ↓

×
Жми «Нравится», чтобы читать нас на Facebook