Daha bir komanda da köklü dəyişikliklərə başladı: 5 fubtolçu göndərildi

Daha bir komanda da köklü dəyişikliklərə başladı: 5 fubtolçu göndərildi

Yay transfer dövrünün yaxınlaşması ilə “Zirə” bir neçə futbolçusu barəsində qərar verib.

Yayim.tv  xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov yerli mətbuata məlumat verib.

Baş məşqçi müqaviləsi başa çatan 5 legioner və 1 yerli futbolçu ilə yolları ayırdıqlarını deyib.

Müdafiəçi Yovan Krneta, yarımmüdafiəçilər Milan Duriç və Viktor İqbekoyinin başa çatan müqaviləsi yenilənməyib. Bundan başqa, paytaxt klubunda icarədə oynayan Yani Urdinov və yarımmüdafiəçi Comal Evans Uilyams da komandadan ayrılıb.

Bu ilin yanvarından “Zirə”də icarə əsasında çıxış edən yarımmüdafiəçi Elşən Abdullayev isə müqavilə ilə məxsus olduğu “Qarabağ”a qayıdıb.

A.Abbasov üç futbolçu ilə müqavilənin yenilənəcəyini də bildirib. Qapıçılar Anar Nəzirov, Kamal Bayramov və yarımmüdafiəçi Mirsahib Abbasovla 1 illik müqavilə imzalanacaq.

Жми «Нравится» и получай только лучшие посты в Facebook ↓

×
Жми «Нравится», чтобы читать нас на Facebook