“Diaqnostik ultrasəsdə yeni era” başlayır

“Qafqazinfo”nun məlumatına görə, bu gün səhər saatlarından etibarən öz işinə başlayan mötəbər konfransda yerli tibb mütəxəssisləri ilə yanaşı əcnəbi həkimlər də iştirak edir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkilati dəstəyi, “Arash Medical Company” və “Canon Medical Systems”in sponsorluğu ilə keçirilən tədbirə Almaniya, Hollandiya, Portuqaliya və digər ölkələrdən dəvət olunan 200-dən artıq qonaq qatılıb.

Tədbirin əsas məqsədi yeni nəsil ultrasəs aparatları, onların üstünlükləri, fayda və imkanları haqqında geniş məlumat verməkdən, fikir və təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

Tədbiri giriş sözü ilə açan ADHT-nin prorektoru, dosent Təyyar Eyvazov bu konfransın əhəmiyyətindən, Azərbaycanın Ümumdünya Səhiyyə sistemindəki mövqeyindən və bu mövqeyin qorunub saxlanılması üçün səhiyyəmizin günü-gündən inkişaf etməsindən, bu yöndə tibbi diaqnostikanın da etibarlılığının mühüm amil olmasından söz açıb. Sonra kürsüyə dəvət alan əcnəbi mütəxəssislər – dr. Vesam İbrahim (Hollandiya) , dr. Horst Kinkel (Almaniya), dr. Jader Kruz (Portuqaliya) və başqaları “Yeni üstün vasitələr”, “Fokal qaraciyər törəmələrinin xarakterizə olunması”, müntəzəm müayinələrdə “Super mikrovascular imaging” mövzusundakı məruzələri ilə konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı.

Daha sonra “Canon Medical Systems” şirkətinin Tədqiqatlara Dəstək üzrə qlobal meneceri Minoru Aoki  (Yaponiya) Azərbaycanda istifadə olunan müasir tibbi avadanlıqlar və həmin avadanlıqlardan istifadə edən həkim heyətinin peşəkarlaşması yolunda atılan ciddi addımlardan danışdı.

Fasilədən sonra qonaqlar foyedə sərgilənən yeni innovativ tibbi avadanlıqlar, cihaz və alətlərlə tanış oldular.

Yeri gəlmişkən, qeyd edək ki, “Arash Medical Company” Azərbaycanda innovativ tibbi avadanlıqların idxalı, satışı və satışdan sonrakı texniki servisi həyata keçirən, öz qüsursuz işi ilə fərqlənən bir şirkətdir.  

Tədbir axşam saatlarınadək davam edəcək.




Жми «Нравится» и получай только лучшие посты в Facebook ↓

×
Жми «Нравится», чтобы читать нас на Facebook