Dünyanın ən çox qazanan idmançılarının siyahısını açıqlanıb

Dünyanın ən çox qazanan idmançılarının siyahısını açıqlanıb

“Forbes” jurnalı dünyanın ən çox qazanan idmançılarının siyahısını açıqlayıb. Apasport.az-ın şirkətin rəsmi saytına istinadən məlumatına görə, siyahı idmançıların ötən ilin iyun ayından bu aya qədər olan qazanclarına əsasən müəyyənləşdirilib.

Keçən il Konor Makqreqorla döyüşdən əldə etdiyi gəlir sayəsində illik qazancını 285 milyon dollara çatdıran keçmiş boksçu Floyd Meyvezer zirvədə yer alıb. Bununla o, son 7 ildə 4-cü dəfə liderliyi heç kimə verməyib.

 

“Barselona”nın argentinalı futbolçusu Lionel Messi 111 milyon avro ilə ikinci sırada qərar tutub. İlk “üçlüy”ü isə son iki ildə lider olan “Real”ın portuqaliyalı qolçusu Kriştianu Ronaldo qapayıb – 108 milyon avro.

Жми «Нравится» и получай только лучшие посты в Facebook ↓

×
Жми «Нравится», чтобы читать нас на Facebook