Gədəbəydə zəncirvari qəza, yaralılar var

“Qafqazinfo” xəbər verir ki, qəza rayonun Zəhmət kəndində qeydə alınıb.

Belə ki, Arıqıran kənd sakini “Niva” markalı avtomobillə hərəkətdə olarkən “Qazel” markalı yük maşınına çırpılıb, daha sonra “Vaz 2107” və “Vaz 21015” markalı avtomobillərə dəyib.

Qəza zamanı “Niva”nın sürücüsü və onun iki azyaşlı övladı xəsarət alıb. Yaralılar Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

Elmar Əli

Жми «Нравится» и получай только лучшие посты в Facebook ↓

×
Жми «Нравится», чтобы читать нас на Facebook