Göygöldə yük avtomobili aşıb – Ölən var

Göygöldə yük avtomobili aşıb – Ölən var

Göygöldə yük avtomobilinin aşması nəticəsində sürücü ölüb.

Yayim.tv  apa-ya istinadən verdiyi xəbərə görə, qəza Göygöl şəhərindən Toğanalı kəndi istiqamətində gedən yolda baş verib.

Rayon sakini 1994-cü il təvəllüdlü Aydınov Seymurun idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Жми «Нравится» и получай только лучшие посты в Facebook ↓

×
Жми «Нравится», чтобы читать нас на Facebook