İstirahət mərkəzinin icarədarı cəzalandırıldı

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, reyd zamanı “Şans” istirahət mərkəzinin ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar olunub. Qeyd olunan istirahət mərkəzinin icarədarı R.Rəşidov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Жми «Нравится» и получай только лучшие посты в Facebook ↓

×
Жми «Нравится», чтобы читать нас на Facebook