Mülki Məcəlləyə dəyişikliklər investorlara nə vəd edir? – RƏY

Mülki Məcəlləyə dəyişikliklər investorlara nə vəd edir? – RƏY

Prezident İlham Əliyev 23 aprel 2018-ci il tarixdə imzaladığı fərmanla yerli və xarici investorlar üçün Azərbaycan iqtisadiyyatının cəlbediciliyini daha da artırmaq üçün Mülki Məcəlləyə müvafiq dəyişikliklər edib.

Yayim.tv dəyişiklikləri şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Çaparlı bildirir ki, yeni fərmanla səhmdarlar həyata keçirilən əməliyyatlar nəticəsində alıcıya vurulan zərərə görə direktorları məsuliyyətə cəlb edilə bilərlər:

“İcraçı direktor isə səhmdarların təmin olunan iddialarına görə cərimələnə, həbs edilə və ya vəzifəsindən kənarlaşdırıla bilər. Bundan əlavə, səhmdarın müvəffəqiyyətli iddiası nəticəsində məhkəmə əməliyyatı (əqdi) ləğv oluna bilər.

Səhmdar cəmiyyətinin iştirakçısı payını satdığı halda, ilk öncə mövcud iştirakçılara təklif etməlidir. Həmçinin, səhmdar cəmiyyətinin 50 faiz iştirak payını alan potensial alıcı digər səhmdarlara tender elan etməlidir.

Məhdud məsuliyyətli cəmiyyətin aktivlərinin 51 faizi satıldığı zaman isə cəmiyyətin iştirakçılarının razılığı tələb edilir. Bundan əlavə, iştirak payının beş faizini təşkil edən səhmdar cəmiyyətinin iştirakçıları gündəliyə yeni müzakirə mövzularını əlavə edə bilərlər. Cəmiyyətin Direktorlar Şurası yalnız Direktorlar Şurasının üzvlərindən ibarət audit komitəsini ehtiva etməlidir”.

İİTKM-in departament rəhbəri əlavə edir ki, qanunvericiliyə edilmiş dəyişikliklər Azərbaycanda cəlbedici biznes və investisiya mühitinin əlverişliyinin daha da artırılması və beynəlxalq reytinqlərdə, o cümlədən də “Doing Business 2019” hesabatında ölkəmizin mövqeyinin gücləndirilməsi üçün münbit şərait yaradacaq.

Жми «Нравится» и получай только лучшие посты в Facebook ↓

×
Жми «Нравится», чтобы читать нас на Facebook