“Telefonumu mənə hələ də qaytarmayıblar”

O, sadəcə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovla görüşdüyünü qeyd edib: “Əflatun Amaşova Rusiya Jurnalistlər Birliyinin rəhbərliyinə mənim azad olunmağımla bağlı müraciət etdiyinə görə təşəkkür etmişəm. Təcridxanada Rusiya İnsan Haqları Komitəsinin nümayəndəsi mənimlə görüşüb. Bunu ondan Ombudsman Elmira Süleymanova xahiş edib. Buna görə Elmira Süleymanovaya da təşəkkür edirəm”.

F. Abbasov həmçinin, Rusiyaya qayıtmaq arzusunda olmadığını qeyd edib. O, internetin olduğu hər yerdə fəaliyyətinə davam etmək niyyətində olduğunu diqqətə çatdırıb.

Jurnalist mobil telefonu və digər əşyalarının hələ də təcridxanada olduğunu bildirib.

Xatırladaq ki, bu il mayın 16-da Rusiyada saxlanılan Fuad Abbasov iyunun 25-də sərbəst buraxılıb.

Günel Türksoy

Жми «Нравится» и получай только лучшие посты в Facebook ↓

×
Жми «Нравится», чтобы читать нас на Facebook