“WhatsApp”da yeni sistem boşluğu aşkarlandı

“WhatsApp”da yeni sistem boşluğu aşkarlandı

“WhatsApp” istifadəçiləri abonentlərə qara siyahıdan çıxmağa icazə verən boşluq tapıblar.

Yayim.tv-nin xəbərinə görə, istifadəçilər bu barədə “Twitter”də şikayətləniblər.

Boşluqdan istifadə edən abonentlər qara siyahıda olmalarına baxmayaraq, ismarıc göndərə və statusları oxuya bilirlər.

Problem həm İOS, həm də Android tipli qurğularda aşkarlanıb.

“WhatsApp” şirkətinin rəsmiləri məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.

Жми «Нравится» и получай только лучшие посты в Facebook ↓

×
Жми «Нравится», чтобы читать нас на Facebook